11:37 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. Dubayda, şəhərə Future Loop yerüstü dairəvi yolu da daxil olmaqla 6500 km piyada yolu əlavə edəcək Dubai Walk baş planı təsdiqlənib.
ABC.AZ xəbər verir ki, məlumata əsasən, hökumət 2040-cı ilə qədər Dubayı piyadalar üçün uyğunlaşdıracağına söz verib.
Future Loop 30 min kv.m kondisioner sahəsi və 30 min kv. m il boyu gəzintilər üçün kölgəli açıq sahə nəzərdə tutur.
2 km-lik yerüstü yol Gələcəyin Muzeyi, Dubay Dünya Ticarət Mərkəzi, Emirates qüllələri, Dubay Beynəlxalq maliyyə mərkəzi və yaxınlıqdakı metro stansiyalarını birləşdirəcək.
25 İyul 2026