10:37 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. "Aynur-119" ASC (bundan sonra "Cəmiyyət") öz səhmdarlarını 2 fevral 2025-ci il saat 11:00-da keçiriləcək illik ümumi yığıncağa dəvət edir.
ABC.AZ xəbər verir ki, illik ümumi yığıncaq Bakı şəhəri, Kövkəb xanım Səfərəliyeva küçəsi, 16 e Time Business Center, 8-ci mərtəbə ünvanında keçiriləcək.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. "Aynur-119" ASC-nin İdarə Heyətinin 2024-cü ilin yekunlarına görə hesabatının təsdiqi
2. "Aynur-119" ASC-nin 31.12.2024-cü tarixinə maliyyə maliyyə nəticələrinin təsdiqi.
3. "Aynur-119" ASC-nin ləğv edilməsi.