17:28 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. Dekabrın 19-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “NBC Bank”, “Texnika Bank”, “AGBank” və “Atabank” ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, söhbət “NBC Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 2,3 milyon manat olan 281,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Texnika Bank”a məxsus dəyəri 1,3 min manat olan 1 ədəd “EGRO ZERO” markalı avtomatik qəhvə maşınından, “AGBank”a məxsus dəyəri 5,2 min manat olan 4 ədəd “EGRO SWISS COFFEE TECHNOLOGY ” markalı avtomatik qəhvə aparatından və “Atabank”a məxsus dəyəri 4,8 min manat olan 6 ədəd ödəmə terminalından gedir.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026