“YouTube”da səsli funksiya olacaq - Sınaqdan keçirilir

11:08 - 16.12.2024


16 dekabr, Fineko/abc.az. “YouTube”-a daha bir funksiya gəlir.

 ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, söhbət səsli şərhlər funksiyasından gedir. Belə ki, platforma artıq bu funksiyanı sınaqdan keçirməyə başlayıb. O, istifadçilərə video altındakı şərhlərə səsli mesaj formatında cavab verməyə imkan verəcək.

Hələlik bu funksiya yalnız məhdud sayda istifadəçi üçün əlçatandır.

Səsli şərh əlavə etmək üçün şərhlərə keçid etmək və yazı sətrindəki mirkafon işarəsini sıxmaq lazımdır. Qeyd edək ki, səsli şərhlərin transkripsiyası da olacaq.

Ekspertlər səsli şərhlərin yalnız kanal müəllifləri və ya “YouTube Premium” abunəçiləri üçün əlçatan olacağını istisna etmirlər.

 Müəllif: Elmir Murad