11:24 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. Azərbaycanın rayon və şəhərlərinin bu ilin yanvar-sentyabr ayları üzrə işçilərinin sayının bölgüsü açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində ümumi olaraq işləyən əhalinin sayı 1 milyon 768,3 min nəfər təşkil edib.
Məlumata görə ən çox işçi paytxat Bakı şəhərinin payına düşür - 972,7 min nəfər. Sumqayıt şəhərində işləyən əhalinin sayı 60,4 min nəfər təşkil edib.
Abşeron rayonunda muzdlu işçi sayı 47,3 min, Gəncədə 44,9 min, Naxçıvanda isə 32 min nəfər təşkil edib.
Siyahının son pilləsində hələlik Ağdərə rayonu 0,1 min və Xankəndi şəhəri 0,2 min nəfər təşkil edib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026