Ələt Azad İqtisadi Zonasında tikiləcək hava limanı sırf yaşıl konsepsiya əsasında fəaliyyət göstərəcək

11:41 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikintisi üzrə aparılan işlərin birinci fazasının 2026-cı ilin ikinci rübündə tamamlanması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan iqtisadiyyatı Teleqram kanalına “Silkway West Airlines” şirkəti prezidentinin ətraf mühit məsələləri üzrə müşaviri Kamran Babayev məlumat verib.

Onun sözlərinə görə, birinci faza çərçivəsində uçuş-enmə zolağı və əməliyyat binaları tikiləcək.

"İkinci faza çərçivəsində isə inzibati binalar inşa ediləcək. Bu faza üzrə işlərin 2029-cu ilin ikinci, yaxud üçüncü rübündə tamamlanacağı planlaşdırılır. Hava limanı  eyni zamanda 21 təyyarəni qəbul etmək imkanına malik olacaq. Vətəndaşların hava limanındakı karqo terminalına gedib-qayıtmaları üçün dəmiryolu nəqliyyatından istifadə imkanının da yaradılması nəzərdə tutulur",- K.Babayev qeyd edib.