İran uranı zənginləşdirmək üçün yeni sentrifuqaları işə salır

10:57 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. İranın Atom Enerjisi Təşkilatı (İAET) noyabrın 21-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) İdarə Heyəti tərəfindən qəbul edilmiş anti-İran qətnaməsinə cavab olaraq uranın zənginləşdirilməsi üçün xeyli sayda yeni sentrifuqaları istifadəyə verəcək.

ABC.AZ xəbər verir ki, bu barədə İslam Respublikası və İAET XİN-in birgə bəyanatında deyilir.

"İranın müxtəlif səviyyələrdə ixtisaslaşmış qurumları əvvəllər xəbərdarlıq etmişdilər ki, qarşıdurmaya yönəlmiş istənilən tədbirlərin görülməsi və qanunsuz, siyasi motivli bəyanatların irəli sürülməsi üçün [AEBA] - nin idarə heyətindən istifadəsi, cavab tədbirləri ilə üzləşəcək. Bununla bağlı İAET rəhbəri müvafiq tədbirlərin görülməsini, o cümlədən müxtəlif tipli yeni qabaqcıl sentrifuqaların işə salınmasını əmr edib", - deyə İran XİN-in məlumatında qeyd olunur.

Bildirilir ki, bütün sonrakı cavab tədbirləri yalnız "milli maraqların qorunması və dinc nüvə sənayesinin daha da inkişafı üçün" ölkənin artan ehtiyaclarına uyğun olaraq "nüvə silahının yayılmaması müqaviləsində nəzərdə tutulmuş hüquq və öhdəliklər çərçivəsində" həyata keçiriləcəkdir.