16:34 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. Məşğulluqla bağlı çağırışlar bitməyəcək, cəmiyyət inkişaf etdikcə bu davam edəcək.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə işsizlik var: “İqtisadiyyatımız daha çox iş yeri yaratmalıdır ki, insanlar da o iş yerlərinə yönəldilsin. Bu gün bizim ana problemlərimizdən biri ixtisaslı işçi qüvvələri ilə bağlıdır. Alətləri nə qədər təkmilləşdirsən də, mövcud əmək resursu və mövcud iş yerindən kənara çıxa bilməzsiniz. Bu gün əlimizdə olanlar budur”.
27 İyul 2026