Rusiya aviaşirkətləri Airbus A320/А321neo təyyarələrində uçuşları dayandırıb

12:12 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Rusiya aviaşirkətləri 34 ədəd Airbus A320/А321neo təyyarəsi ilə uçuşları dayandırıb — bu, ölkədəki bu qəbildən olan bütün təyyarələrinin yarısıdır.

ABC.AZ xəbər verir ki, təyyarələrdə mütərəqqi, lakin problemli mühərriklər quraşdırılmışdır: nə mürəkkəbliyə görə Rusiya Federasiyasında təmir edilə bilməz, nə də sanksiyalar və dünya bazarındakı qıtlıq səbəbindən ölkəyə gətirilə bilməz.

Yüksək mövsümə qədər bəzi laynerlər mühərrik ehtiyatına qənaət etmək üçün ehtiyatda olacaq, lakin 15-20 təyyarə uçuşlara qayıtmaya bilər.