Bu ölkə hər il təxminən 3 milyard dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac edir

14:57 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. İran hər il dünyanın 100-dən çox ölkəsinə təxminən üç milyon ton kənd təsərrüfatı məhsulları ixrac edir.

ABC.AZ xəbər verir ki, bunu İranın kənd təsərrüfatı nazirinin bağçılıq məsələləri üzrə müavini Məhəmməd-Mehdi Borumandi deyib.

Onun sözlərinə görə, "ölkədə təxminən üç milyon hektar bağ var və hər il təxminən 26 milyon ton bağçılıq məhsulu istehsal edilir".

O, İranın dörd tropik meyvə (banan, ananas, kokos və manqo)  istisna olmaqla, bütün növ meyvələrin istehsalında özünü təmin etdiyini deyib: “Əlbəttə ki, onlar ölkədə istehsal olunur, lakin istehsal həcmi daxili tələbatı ödəmir”.
"Biz dünyada ən az miqdarda kimyəvi gübrə və pestisidlərdən istifadə edən ölkələr sırasındayıq. Dünyada hər hektara orta hesabla 2,5 kiloqramdan çox və ya 2,5 litr pestisid istifadə edirlər, biz isə bir litrdən az istifadə edirik", — deyə o əlavə edib.