Doqquz ayda Azərbaycanda 10 minə yaxın iş yeri bağlanıb

15:59 - 19.11.2024


19 noyabr, Fineko/abc.az. 2024-cü ilin doqquz ayı ərzində ölkədə 9,5 min iş yeri bağlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 37.9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 34.3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 65.7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.