"Formula -1" Bakıdan kənarda keçirilə bilər

17:02 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. Yaxın gələcəkdə "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə marağı daha da artıra biləcək yenilik yaşana bilər. Çünki yarışın Bakıda keçirilmə yerinin dəyişdirilməsi müzakirə olunur.

ABC.AZ xəbər verir ki, təklif edilən məkan isə müasir Bakının möhtəşəm layihələrindən biri olan "Sea Breeze" ola bilər. 

Hazırda məsələ rəsmiləşməsə də, bu istiqamətdə danışıqlar və müzakirələr davam edir. Razılıq əldə olunarsa, Formula 1-in sahibi FİA ilə yeni müqavilə imzalanacaq.

Belə olan halda "Sea Breeze"də yeni trek layihəsi hazırlanacaq. Ancaq bunun hansı formada olacağı bəlli deyil. Azərbaycan Qran-Prisi üçün avtodrom da tikilə və ya ənənəvi olaraq yarış "Sea Breeze" küçələrində baş tuta bilər. Hələ ki, bu məsələ müzakirə mərhələsindədir. Nə FİA, nə də başqa qurumlarda bununla bağlı rəsmi anlaşma yoxdur. (Publika.az)