Hindistanda dördüncü nəsil Suzuki Dzire sedanı təqdim olunub

11:46 - 7.11.2024


7 noyabr, Fineko/abc.az. Suzuki Dzire Hindistanda ən populyar ucuz modellərdən biridir. Uzunluğu 3 995 mm olan sedanın təkər bazası 2 450 mm-dir.

ABC.AZ xəbər verir ki, üç silindrli benzin mühərriki 5 pilləli "mexanika" və ya bir ilişməsi olan robot qutusu ilə birləşərək 82 at gücü istehsal edir.

Əsas paketə ESP, altı hava yastığı, Start-Stop sistemi daxildir. Seçimlər siyahısında 9 düymlük ekranı olan media sistemi, elektrik lyuku, hərtərəfli kameralar var.