“MİDA” “Güzəştli mənzil” sistemi üçün bu qədər pul ayırır

14:23 - 6.11.2024


6 noyabr, Fineko/abc.az. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə “Güzəştli mənzil” sisteminin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 1 775 605 AZN təşkil edir.