Xocalıdakı bu yataq satışa çıxarılır

10:54 - 6.11.2024


6 noyabr, Fineko/abc.az. Yer təkindən istifadə ilə bağlı 19 dekabr 2024-cü il tarixində saat 11:00-da hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, hərrac auksion formasında keçiriləcək.

Hərracın keçiriləcəyi ünvan Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029-dur.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.