10:57 - 5.11.2024
5 noyabr, Fineko/abc.az. 2018-ci ildən bu il oktyabrın 1-nə Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, təkcə bu ilin yanvar-sentyabr aylarında isə Hacıqabul Sənaye Parkından 53,86 milyon manatlıq 1 901 ədəd avtomobil,
Neftçala Sənaye Məhəlləsindən isə 25,9 milyon manatlıq 1 072 ədəd avtomobil realizə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı təqribən 60% artıb.
Sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026