11:17 - 30.08.2018
30 avqust, Fineko/abc.az. Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev Azərbaycan tərəfi ilə diplomatik görüşün keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi haqqında danışıqların aparılması planlaşdırılır. Danışıqların nəticəsi isə Moskva ilə Bakı arasında ikitərəfli sazişin imzalanması ola bilər.
“Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin, Rusiya Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış “Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında razılaşma və iqtisadi əməkdaşlığın inkşafı haqqında” təklifi qəbul edilsin”, - sərəncamda belə deyilir.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026