Azərbaycanda 39 min manatlıq şirkət ləğv edilir

11:37 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. 9 dekabr 2024-cü il, saat 12:00-da “Bakı Mexanizasiya Tikinti” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev məhəllə 2950-52 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Cəmiyyətin 2023-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı;

2. Cəmiyyətin ləğv olunması;

3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Təsviyəçinin təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi;

4. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi;

5. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar olaraq aktivlərin səhmdarlar arasında bölünməsi məsələləri müzakirə ediləcək.