Azərbaycan gübrəsi bu ölkələrə satılacaq

11:01 - 17.10.2024


17 oktyabr, Fineko/abc.az. Braziliya və İsrail Azərbaycanda azot gübrələri almağa başlayıblar.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin avqustundan başlayaraq Braziliya Azərbaycandan 6 345 tona yaxın, İsrail isə 3 497 ton üzərində azot gübrəsi alıblar.

Buda müvafiq olaraq $5,688 mln. dollar və  $0.769 mln. dollarlıq ixrac dəyəridir. Hər iki ölkə bu məhsulu son illərdə ilk dəfədir Azərbaycandan idxal edirlər.

Azərbaycanda karbamidi 2019-cu ildən başlayaraq SOCAR-ın Sumqayıtdakı Karbamid Zavodu istehsal etməyə başlayıb. Cari ilin ilk üç rübü ərzində (doqquz ayda) 472.8 min tonluq azot gübrəsi istehsalı həyata keçirilməklə illik 61 faiz artıb.

Cari ilin ilk səkkiz ayında Azərbaycan ümumilikdə 361.64 min ton azot gübrəsi ixrac edilib və bunun da 196.63 min tonu Ukraynaya satılıb.