Azərbaycanda ən çox bu ölkələrin tələbələri təhsil alacaq - Siyahı

14:37 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. 2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 36 nəfər Çin, 5 nəfər Qazaxıstan, 4 nəfər Tacikistan, 1 nəfər Serbiya və 1 nəfər isə Rumıniya vətəndaşlarıdır.

Həmin şəxslər Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir.