Azərbaycan Rusiya turistləri üçün ən populyar ölkələr sırasına daxil olub

12:17 - 7.10.2024


7 oktyabr, Fineko/abc.az. Abxaziya Rusiya turistləri arasında populyarlıq baxımından Türkiyə ilə demək olar ki, bərabərləşib — 2024-cü ilin birinci yarısında oraya 2,163 milyon dəfə səyahət edilib.

ABC.AZ xəbər verir ki, bu barədə, Rusiya Federasiyasının FSB Sərhəd Xidmətinin statistik məlumatlarında deyilir.

Rusiyalılar Türkiyəyə 2,522 milyon dəfə səfər ediblər. Üçüncü yerdə 1,235 milyon rusiyalının səfəri ilə Qazaxıstan qərarlaşıb.

FSB - nin məlumatına görə, ən populyar ölkələr arasında BƏƏ, Çin, Tayland, Misir, Gürcüstan, Ermənistan və Azərbaycan da var.

Eyni zamanda, Rusiyaya ən çox ilin birinci yarısında Özbəkistan, Qazaxıstan, Tacikistan, Çin, Qırğızıstan, Abxaziya, Ermənistan, Azərbaycan, Belarusiya və Monqolustandan gəliblər.