Avropada mənzillərin ən baha olduğu ölkələr - SİYAHI

10:55 - 7.10.2024


7 oktyabr, Fineko/abc.az. 2024-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzil qiymətləri əvvəlki rüblə müqayisədə 1,9 faiz, 2024-cü ilin ikinci rübünə nisbətən 2,9 faiz artıb.

ABC.AZ xəbər verir ki, bu Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlarda öz əksini tapıb.

Sözügedən statistikada qeyd edilib ki, Aİ ölkələri arasında rüblük müqayisədə daha yüksək qiymət artımı Xorvatiyada (4,3 faiz), Portuqaliyada (3,9 faiz), İspaniyada (3,6 faiz), Bolqarıstanda (3,4 faiz), İtaliyada (3,2 faiz) artıb. Danimarka və Slovakiyanın hər birində qiymətlər 3 faiz yüksəlib. Əvvəlki rüblə müqayisədə Macarıstanda ev qiymətləri dəyişməz qalıb, Fransa və Belçikada 0,2 faiz azalıb.

Birillik müqayisədə daha yüksək qiymət artımı Polşada (17,7 faiz), Bolqarıstanda (15,1 faiz), Litvada (10,4 faiz), Xorvatiyada (10 faiz), Macarıstan (9,8 faiz) və İrlandiyada (7,9 faiz) qeydə alınıb.