16:28 - 4.10.2024
4 oktyabr, Fineko/abc.az. Son 5 ildə Azərbaycan və Belarus arasında ərzaq məhsullarının və kənd təsərrüfatı xammalının qarşılıqlı ticarəti 70%-dən çox artıb.
ABC.AZ xəbər verir ki, bu barədə BELTA-ya Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən məlumat verilib.
“Azərbaycan Belarus üçün mühüm və etibarlı tərəfdaşdır. Ölkələrimizin iqtisadiyyatları ərzaq təminatı baxımından rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Belarus istehsalı olan süd, ət və balıq məhsullarının ixracında artım müşahidə olunur. Öz növbəsində, Azərbaycandan Belarusa pomidor, yemiş və qarpız, meyvə və qoz, təzə kartof tədarükü artıb”, – nazirlikdən bildirilib.
Hazırda Azərbaycanla baytarlıq preparatlarının birgə istehsalı imkanları araşdırılır.
Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb. Report
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026