17:07 - 24.08.2018
24 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçiriləcəyi haqqında elan edib.
AMB-in məlumatına əsasən, hərrac avqustun 27-də Bloomberg ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsi ilə 8,01% – 9,99% faiz dərəcəsi üzrə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb olunacaq”, - məlumatda belə deyilir.
Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.