14:19 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. “iPhone 16”nın populyarlığı qiymətləndirilib və onun əvvəlki modellərlə müqayisədə daha az məşhur olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, bunu “Morgan Stanley”nin analitiklərini araşdırıb.
Şirkət qeyd edib ki, “iPhone 16” alışları son beş ildə ən sürətli çatdırılma müddətinə malikdir. Bu məlumat əsasında analitiklər “iPhone 16” seriyasını son illərin ən az populyar “Apple” telefonları adlandırıblar.
Eyni zamanda, “Morgan Stanley” mütəxəssisləri etiraf edirlər ki, şirkət tələbatı dəqiq qiymətləndirib və satışın başlanmasına hazırlaşmağa nail olub, bu səbəbdən çatdırılma müddətləri azalıb.
“Morgan Stanley” analitikləri, həmçinin qeyd ediblər ki, yeni cihazlarda süni intellekt (AI) funksiyalarına dəstək qurğulara olan marağa o qədər də təsir etmir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026