“Google”un Rusiyada yeni hesablarına məhdudiyyət

16:06 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. “Google” Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb.

ABC.AZ xəbər verir ki, bunu Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi bu məlumatı təsdiqləyib.

Nazirlik Rusiyadakı “Google” xidmətlərinin istifadəçilərinə məlumatlarının ehtiyat nüsxələrini yaratmağı tövsiyə edib.

Qeyd edək ki, Rusiya mobil operatorları ilə “Google” hesabları yaratmaq istəyərkən təsdiqləyici kod telefon nömrəyə gəlmir. Beləliklə, yeni hesab yaratmaq mümkün olmur.