Azərbaycanın Avstraliya ilə ticarəti artıb, ya azalıb?

16:53 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avstraliya ilə ticarət dövriyyəsi 910 milyon dollar təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

Hesabat dövründə ölkədən Avstraliyaya ixrac 103,3 min dollar təşkil edib.

Azərbaycanın Avstraliyadan idxalının dəyəri isə 909,9 milyon dollar olub.