“Patron” tumlarını satışa çıxaran şirkətə cərimə kəsildi

11:55 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. "Vəkiloğlu” MMC avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələnib.

ABC.AZ-ın məlumatına görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-cı (Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Sözügedən inzibati xətaya görə vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Vəkiloğlu” MMC Azərbaycanda tanınan “Patron” günəbaxan tumlarının istehsalçısıdır. İqtisadiyyat.az