Ukrayna XİN başçısı istefa verib

11:30 - 4.09.2024


4 sentyabr, Fineko/abc.az. Bu gün, sentyabrın 4-də, Ukraynanın Ali Radasına ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası ilə bağlı bəyanat daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə parlamentin spikeri Ruslan Stefançuk bildirib.

Bəyanata yaxın plenar iclaslardan birində baxılacağı bildirilir.