15:48 - 29.08.2024
29 avqust, Fineko/abc.az. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları siqaret və aksiz markası ilə markalanmayan digər malların gömrük sərhədindən qanunsuz keçməsinin qarşısını alıblar.
ABC.AZ Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadən xəbər verir ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.
Yoxlama zamanı vətəndaşın baqajında və əl yükündə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 7 adda 27580 ədəd siqaret, 9 adda 2256 ədəd dərman vasitəsi, “İphone 13 pro, 128 GB” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026