10:40 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycandan 139 milyon 524 min dollar dəyərində 116 min 935 ton pomidor ixrac edilib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan pomidor ixracı dəyər ifadəsilə 15 milyon 357 min dollar və ya 12,4%, miqdar ifadəsilə 5 min 65 ton və ya 4,5% artıb.
2023-cü ilin 7 ayında Azərbaycandan 124 milyon 167 min dollar dəyərində 111 min 871 ton pomidor ixrac edilmişdi.
12 Avqust 2026