11:01 - 26.07.2024
26 iyul, Fineko/abc.az. Cari ilin I yarımili ərzində Azərbaycanda yaşam hüququ almaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) 2 min 889 müraciət edilib.
ABC.AZ xəbər verir ki, bu barədə DMX-nin məlumatında deyilir.
Qeyd olunub ki, hesabat dövründə inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 9 min 415 qərar qəbul olunub. Bu qərarlardan 4 min 796-ı şəxsi Azərbaycandan çıxarmadan tətbiq edilib.
Tətbiq olunan cəriməni ödəməklə 2 min 379 nəfər ölkə ərazisini tərk etmək barədə müraciət edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026