“Nokia”nın rüblük mənfəəti telekommunikasiya avadanlıqlarına tələbatın az olması fonunda 32% azalıb

10:03 - 18.07.2024


18 iyul, Fineko/abc.az. Finlandiyanın “Nokia” şirkətinin əməliyyat mənfəəti 2024-cü ilin ikinci rübündə telekommunikasiya avadanlıqlarına tələbatın az olması fonunda ötən ilin eyni dövrü ilə müqayisədə 32% azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters yazır.

Hesabat dövrünün nəticələrinə görə, “Nokia”nın əməliyyat mənfəəti 2023-cü ilin ikinci rübündə 619 milyon avroya qarşı 423 milyon avro təşkil edib. Xalis satışlar 18% azalaraq 4.47 milyard avroya düşüb.

Nokia şirkətinin baş direktoru Pekka Lundmark ilin birinci yarısının şirkət üçün çətin olduğunu vurğulayıb. "İlin ikinci yarısında xalis satışlarda xeyli yaxşılaşma gözləyirik" dedi.