"Yandex" şirkəti kiçik ərzaq marketləri açır

14:19 - 15.07.2024


15 iyul, Fineko/abc.az. "Yandex" ərzaq minimarketləri bazarına daxil olur. İlk mağaza Moskvada, 2-ci Zvenigorodskaya ünvanında qurulacaq.

ABC.AZ xəbər verir ki, evlərin yaxınlığındakı kiçik mağazalar yalnız gündəlik məhsullar kateqoriyasından ən zəruri malları təklif edəcək, həmçinin qəhvə və təzə bişmiş qənnadı məmulatlar satacaqlar.

Minimarketlərin müvəffəqiyyəti mağazanın yerindən və rəfdəki çeşiddən asılıdır: şirkət alıcının gündəlik ehtiyaclarını ödəməlidir. Bu mağaza formatı bir çox pərakəndə satıcı tərəfindən sınaqdan keçirilir.