Ağdam Sənaye Parkında yeni rezident qeydə alınıb

16:41 - 11.07.2024


11 iyul, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında yeni rezident qeydə alınıb.

ABC.AZ xəbər verir ki, “Construction” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Yeni yaradılacaq müəssisədə yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 2.9 milyon manat olan müəssisədə 40 nəfər işlə təmin olunacaq.

İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.