16:17 - 10.07.2024
10 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-may aylarında hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225,4 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 10 milyard 924,7 milyon dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 300,7 milyon dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3624,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,9 faiz, real ifadədə 7,6 faiz, o cümlədən idxal 7,8 faiz, ixrac isə 7,6 faiz azalıb.
2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə 22,5 faiz azalaraq 1 milyard 260,9 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 13,9 faizi Türkiyə, 9,4 faizi Rusiya, 7,2 faizi Çin, 5,0 faizi İsrail, 3,6 faizi Hindistan, 3,4 faizi Almaniya, 2,4 faizi Avstraliya, 2,0 faizi Çexiya, hər biri 1,8 faiz olmaqla ABŞ və Yunanıstan, hər biri 1,5 faiz olmaqla Gürcüstan və Xorvatiya, hər biri 1,3 faiz olmaqla Bolqarıstan, Rumıniya, İran, Tailand və Portuqaliya, hər biri 1,1 faiz olmaqla Türkmənistan və Ukrayna, hər biri 0,9 faiz olmaqla Koreya, Belarus və Tunis, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026