16:39 - 8.07.2024
8 iyul, Fineko/abc.az. “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC (gübre.az) 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
ABC.AZ xəbər verir ki, ötən il ASC üçün maliyyə baxımından üçün çətin keçib.
Belə ki, 2022-ci ildə 58 min manat xalis mənfəət bitirən şirkət 2023-cü ildə 1 milyon 820 min manat zərər edib.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin 2023-cü ildə 35 milyon 956 min manat əsas əməliyyat gəlirləri olub ki, bu da 2022-ci ilin göstəricisi ilə nisbətdə 1 milyon 590 min manat və ya 4.6% artım deməkdir.
Satışın maya dəyəri 29 milyon 305 min manat olub ki, bu da son bir il ərzində 2 milyon 360 min manata (8,8%) artım deməkdir.
Bununla belə, ümumi mənfəəti illik 770 min manat, başqa sözlə, 10.4% azalaraq 6 milyon 651 min manat təşkil edib.
İlik müqayisə ilə kommersiya xərcləri 1 milyon 365 min manat (54%) artıb, inzibati xərcləri 305 min manat (6,5%) azalıb, sair əməliyyat xərcləri 67,9 min manat (50,8%) artıb, maliyyə xərcləri 55 min manat (19%) azalıb, gəlirdən çıxılan vergiləri 0,9 min manat (18%) artıb.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC ötən il 19 milyon 9 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 292 min manat və ya 18,4% azalıb.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026