Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb

16:28 - 8.07.2024


8 iyul, Fineko/abc.az. Azərbaycan ilə Çin şirkətləri arasında 2 sənəd imzalanıb.

ABC.AZ xəbər verir ki, imzalanma mərasimi Bakıda “Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub.

Birinci sənəd Abşeron Logistika Mərkəzi ilə Çinin “Shandong Chilu Express Eurasia Class Train Operation” şirkəti arasında imzalanıb.

İkinci sənəd isə Azərbaycanın “Eco Voyage” turizm şirkəti ilə Çinin “Qingdao Qingsong Global Cooperation İnternational Trade Co.” şirkəti arasında imzalanıb.