11:43 - 3.07.2024
3 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 364,5 min ABŞ dolları dəyərində 3 min 580 ədəd diri qoyun idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 199 dollar və ya 4,3 dəfə, miqdar baxımından isə 14 min 372 ədəd və ya 5 dəfə azdır.
2023-ci ilin yanvar-aprel aylarında 1 milyon 564 min dollar dəyərində 17 min 952 ədəd qoyun gətirlib.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 4 ayına görə 103 dollar (173 manat) olub ki, bu illik müqayisədə 15 dollar (25 manat) və ya 17% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 87 dollar (148 manat) təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026