Ağdamda və Qubadlıda siqaret istehsal ediləcək

11:51 - 2.07.2024


2 iyul, Fineko/abc.az. “Tabaterra” QSC tərəfindən həm Ağdam şəhərində, həm də Qubadlı rayonunda investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub”.

ABC.AZ xəbər verir ki, bunu Şuşada sözügedən QSC-nin direktoru Elman Cavanşir deyib.

Onun sözlərinə görə, Ağdam şəhərində yatırılmış investisiya həm sənaye, həm də sosial infrastrukturu əhatə edir:

“Ağdam Sənaye Parkında beynəlxalq standartlara uyğun tütün məmulatları istehsalı müəssisəmiz qurulmaqdadır və işlərin bu yaxınlarda yekunlaşacağı gözlənilir. Bu investisiya layihəsinin tərkib hissəsi olaraq bizim Sumqayıtda yerləşən müəssisəmizdən istehsal avadanlıqlarının Ağdama gətirilməsi nəzərdə tutulub”. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)