"Abdulla" restoranı bağladıldı

11:29 - 2.07.2024


2 iyul, Fineko/abc.az. Ağsu rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 122-ci kilometrliyində yerləşən “Abdulla” yeməkxanasında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, obyektin elektrik ötürücü xətləri və xarici (çöl) elektrik naqilləri yanar dam örtüyünün üzəri ilə və ərazidə olan ağaclara dolamaqla çəkilib.

Obyektə aid olan tikililərin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Obyektlə meşə massivi, meşə yolları və digər ərazilər arasında şumlama aparılaraq yanğına qarşı minerallaşdırılmış zolaqlar yaradılmayıb və ərazi qurumuş kol-kosdan, taxta qırıntılarından təmizlənməyib. Meşədən və ya meşə zolağından keçən obyektdaxili avtomobil yollarının hər iki tərəfi 10 metr məsafədə quru kol-kosdan, yanar materiallardan təmizlənməyib.