“Nokia Corp” şirkəti “Infinera Corp”u 2.3 milyard dollara alır

15:31 - 1.07.2024


1 iyul, Fineko/abc.az. Finlandiyanın “Nokia Corp” şirkəti optik telekommunikasiya avadanlıqlarının istehsalçısı “Infinera Corp”u 2.3 milyard dollara alır.

ABC.AZ xəbər verir ki, “Nokia”nın press-relizində deyilir ki, müqavilə çərçivəsində “Infinera”nın bir səhmi 6.65 dollar dəyərində qiymətləndirilib.

Bu, onların çərşənbə günü bağlanış qiymətindən 28% və son 180 gündə orta çəkili qiymətindən 37% yüksəkdir.

“Nokia” məbləğin ən azı 70%-ni nağd şəkildə ödəyəcək. “Infinera”nın kapitallaşması bu ilin əvvəlindən 10.7% (1.23 milyard dollara qədər), “Nasdaq Composite” fond indeksi isə 19% artıb.