14:34 - 27.06.2024
27 iyun, Fineko/abc.az. Azərbaycanda 25 milyon dollarlıq sabah fondu yaradılacaq.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sabah HUB İnnovasiya mərkəzinin direktoru Rəhim Bayramlı deyib.
O qeyd edib ki, Fondun məqsədi Azərbaycanda və Cənubi Qafqazda, Mərkəzi Asiyada startapları yatırımlarla təmin etməkdir. Düşünürük ki, 100-500 min dollar civarında yatırımlar etməkdir. Yaxın dörd il ərzində bölgədə 50-60 startapa investisiya yatırmağı düşünürük”.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrə gəlincə, o qeyd edib ki, həmin ərazilərdə də layihələrin həyata keçirilməsi planlaşdırılır:
“İnsanlar haradadırlarsa, bacarıqlar haradadırsa, biz də eko sistem olaraq orada olacağıq. Yaxın zamanda Qarabağ universiteti fəaliyyətə başlayacaq. Orada olan sahibkarlar tələbələrin startapları da əlbəttə ki, bizə maraqlı olacaq". (Apa)
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026