Beş ayda Bakıdakı restoranlar 600 milyon manat qazanıb

16:30 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 600,5 milyon manat olub.

ABC.AZ Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 332,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 55,4 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6 % artaraq 801,8 milyon manat olub.