“Azərbaycan Nəşriyyatı” MMC böyük zərərdə - Hesabat

10:11 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2023-cü ili 1 milyon 610 min manat zərərlə başa vurub. Nəşriyyat 2022-ci ildə 29 milyon 921 min manat mənfəət əldə etmişdi.

ABC.AZ xəbər verir ki, bu barədə MMC-nin maliyyə hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, ötən il “Azərbaycan Nəşriyyatı”nın əsas fəaliyyətlər üzrə gəlirləri 32% artaraq 5 milyon 374 min manat təşkil edib.