10:27 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Bakı Enerji Həftəsinin açılışı çərçivəsində Azərbaycanda “Masdar” şirkətinin inşa edəcəyi üç elektrik stansiyasının təməli qoyulacaq.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə energetika nazirliyindən bildiriblər.
“3 elektrik stansiyasının ümumi gücü 1 000 MVt olacaq. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Şirkət Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək”, – o vurğulayıb.
Onun sözlərinə görə, bu layihələrə ümumi sərmayə təxminən 1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
21 Avqust 2026
19 Avqust 2026