15:15 - 31.05.2024
31 may, Fineko/abc.az. “Apple” “Siri”ni təkmilləşdirməyi planlaşdırır. Şirkət, digər tətbiqlərinin fərdi xüsusiyyətlərini səslə idarə etmək üçün böyük Aİ virtual köməkçi yeniləməsini həyata keçirmək istəyir.
ABC.AZ xəbər verir ki, məlumata görə, bu dəyişiklik “Siri”nin əsas proqram təminatının böyük dil modellərindən - generativ AI-nin arxasındakı əsas texnologiyadan istifadə edərək yenilənməsini tələb edib və Apple-ın yeni AI irəliləyişində əsas məqamlarından biri olacaq.
Yeniləmə, şirkətin 10 iyun Ümumdünya tərtibatçılar konfransında təqdim ediləcək daha böyük AI strategiyasının bir hissəsidir. Apple səsli qeydlərin və şifrəsini açmaq, veb saytlara və bildirişlərə sürətli baxış, avtomatik mesaj cavabları, genişlənmiş foto redaktə və AI ilə yaradılan emojilər daxil olmaqla bir neçə funksiya hazırlayır.
12 Avqust 2026