09:20 - 31.05.2024
31 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün düşdükdən sonra cümə günü tenderdə azalmağa davam edir.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 09:17-ə qədər $0,13 (0,16%) azalaraq bir barel üçün $81,75-a düşüb. Mayın 30-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri bir barelə $1,55 (1,86%) azalaraq $81,88-a enib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti 09:17-dək $0,22 (0,28%) azalaraq bir barel üçün $77,69-a düşüb. Mayın 30-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $1,32 (1,67%) azalaraq bir barel üçün $77,91-a düşüb.
18 Avqust 2026