17:33 - 30.05.2024
30 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 3 milyon 505,5 min ABŞ dolları dəyərində 3 milyon 860 min 24 ədəd diri ev toyuqları (çəkisi 185 q-dan artıq olmayan) idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 391 min dollar və ya 12,6% çoxdur, lakin miqdar baxımından isə 1 milyon 956,3 min ədəd və ya 33,6 azdır.
2023-ci ilin yanvar-mart aylarında 3 milyon 114,6 min dollar dəyərində 5 milyon 816 min 370 ədəd ev toyuğu gətirlib.
1 ədəd toyuğun qiyməti 2024-cü ilin 3 ayına görə 0,9 dollar (1,5 manat) olub ki, bu illik müqayisədə 0,4 dollar (0,6 manat) və ya 69,6% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd toyuğun orta idxal qiyməti 0,5 dollar (0,9 manat) təşkil edib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026