17:27 - 30.05.2024
30 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 61,4 min ABŞ dolları dəyərində 650 ədəd diri qoyun idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon178,5 dollar və ya 20,2 dəfə, miqdar baxımından isə 13 min 534 ədəd və ya 21,2 dəfə azdır.
2023-ci ilin yanvar-mart aylarında 1 milyon 240 min dollar dəyərində 14 min 184 ədəd qoyun gətirlib.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 4 ayına görə 94 dollar (161 manat) olub ki, bu illik müqayisədə 7 dollar (12 manat) və ya 8% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 87 dollar (149 manat) təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026